Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 16:47:07
Sertifikasiyada Azərbaycan dilindən, yoxsa ədəbiyyatdan çox sual düşəcək...

Builki sertifikasiya imtahanlarında Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün hansı fəndən neçə sual düşəcəyinə aydınlıq gətirilib.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Təhsil masası”nda çıxış edərkən danışıb.


O bildirib ki, sertifikasiyada Azərbaycan dilindən 30, ədəbiyyat fənnindən isə 20 sual salınacaq.

"Ədəbiyyat fənni ilə bağlı müəllimlərdə müəyyən qədər gərginlik var. Onlar oxunmalı əsərlərin sayının çox olduğunu düşünürlər. Amma çərçivə sənədində də qeyd olunub. Əsər sayı çox deyil".


Nəzakət Mehdiyeva deyiub ki, müəllimlərin işə qəbulu imtahanında olduğu kimi, sertifikasiya imtahanında da Azərbaycan dili və ədəbiyyat fənni üzrə əsas 4 məzmun sahəsində təhsilverənlərin biliyi yoxlanılacaq.

Bura oxu, yazı, dil qaydaları, ədəbiyyat və həyat həqiqətləri məzmun sahəsi aiddir:

“Bu məzmun sahələri müəllimlərə tanışdır, çünki məktəblərdə onsuz da şagirdlərə məhz bunları öyrədirlər. Sertifikasiya imtahanlarının 50 (Azərbaycan dili 30, ədəbiyyat 20) sualı da məhz bu məzmun sahələri arasında bölüşdürüləcək”. 

Xatırladaq ki, builki sertifikasiya imtahanlarına ölkə üzrə 15 minədək Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllim cəlb olunacaq.