Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 16:25:12
Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq - RƏSMİ

“Keçənilki bölgələr istisna olmaqla, digər yerlərdə təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib:

 

“Keçən il Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı vermişdi. Bu il isə sözügedən bölgələr istisna olmaqla digər şəhər və rayonlarımızda ibtidai sinif müəllimləri sertifikasiya prosesindən keçəcəklər.

Sertifikasiyada 10 mindən çox Azərbaycan dili və ədəbiyyatı müəlliminin iştirakı da nəzərd ə tutulur. 2023-24-25-ci illərdə 35 min, 2026-cı il isə sonuncu il olaraq 10 mindən çox müəllimin sertifikasiyadan keçərək yekunlaşması planlanır”.