Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 11:42:01
MİQ imtahanındakı dəyişikliklə bağlı rəsmi AÇIQLAMA

“Yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının (MİQ) tarixləri barədə məlumat veriləcək”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib:

“Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”.

İnstitut rəsmisi əlavə edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil bütün səviyyə üçün keçərlidir:

"Dərsliklərdəki yeniliklər imtahana sual olaraq salına bilər. İmtahan verən hər kəsdən soruşsaq o, öz suallarının çətin olduğunu deyəcək. Bu bir müsabiqədir və çətin sualların olması normaldır. Hər bir qiymətləndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir”.

N.Mehdiyeva söyləyib ki, metodika və pedaqogika üzrə hüquqi savadlılıqda məzmun sahələri və sual sayı azaldılaraq 1-ə endirilib.

Onun sözlərinə görə, MİQ imtahanında səhv cavabın düz cavabı aparması məsələsi təhlillər əsasında tətbiq olunur.

"Əvvəl MİQ imtahanında səhv düzü aparmırdı. Ancaq təhlillər göstərdi ki, bəzən asan və orta suallara cavab verə bilməyən şəxslər çətin sualları cavablandıra bilir. Bu da test imtahanının verdiyi rahatlıqdır. Yəni adam nə olar-olar deyib variantı işarələyə bilər. Buna görə də, əsl bilik nümayişi olsun deyə bu imtahanda səhvin düzü aparması məsələsi tətbiq olundu”.