Bu gün səhər saatlarında Günəşdə M sinifli alışma qeydə alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan TASS agentliyinə açıqlama verilib.
"İyulun 27-də saat 05:43-də Moskva vaxtı ilə (Bakı vaxtı ilə 06:43-də) 4494 (S04W03) ləkələr qrupunda rentgen diapazonunda müddəti 16 dəqiqə olan M1.0 alışması qeydə alınıb", - deyə məlumatda bildirilir.
Məlum olduğu kimi, rentgen şüalarının intensivliyinə görə, Günəşdəki alışmalar beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən zəif olan A0.0 kateqoriyası Yer kürəsi orbitində hər kvadratmetr üçün 10 nanovatlıq şüalanma enerjisinə bərabərdir. Hər sonrakı hərfə keçid zamanı bu enerji 10 dəfə çoxalır. Adətən, belə alışmalar zamanı Günəş plazması kosmosa atılır və həmin plazma buludlarının Yerə çatması nəticəsində planetimizdə maqnit qasırğaları yarana bilir.