Azedu.az

Şahmat məşqçiliyi: Xüsusi qabiliyyət imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

27 İyul 2026, 17:11
Şahmat məşqçiliyi: Xüsusi qabiliyyət imtahanı keçiriləcək

Ali təhsil müəssisələrinin məşqçilik (şahmat) ixtisası üzrə xüsusi qabiliyyət imtahanı 1 avqust tarixinə dəyişdirilib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Qeyd olunan dəyişikliklə əlaqədar olaraq, bu ixtisas üzrə xüsusi qabiliyyət imtahanında iştirak edəcək abituriyentlər şəxsi kabinetlərinə daxil olaraq imtahana buraxılış vərəqəsini yenidən çap etməlidirlər.

Abituriyentlərdən imtahana gələrkən yenilənmiş buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini özləri ilə gətirmələri xahiş olunur.

Qeyd: Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, saat və ünvan göstərilir. Abituriyentlərdən həmin məlumatlarla əvvəlcədən tanış olmaları xahiş olunur.

Putinin QORXULU PROQNOZU: Avropanın 3 ölkəsi Ukraynanı İŞĞAL EDƏCƏK
Son xəbərlərDaha çox