Azedu.az

ATMU-nun semestr üzrə ən uğurlu tələbələri - TANIYAQ

Ali təhsil

28 İyul 2026, 09:13
ATMU-nun semestr üzrə ən uğurlu tələbələri - TANIYAQ

Ali təhsil müəssisələrində tələbələrin akademik göstəriciləri onların tədris prosesindəki uğurlarının əsas göstəricilərindən hesab olunur. Yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜÖMG) əldə edən tələbələr fərqləndirilir.

AzEdu.az bu məqsədlə Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən ÜÖMG-si 95 və yuxarı olan bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr müəyyənləşdirilib.

Məlumata görə, ən yüksək nəticəni magistratura səviyyəsində Qida mühəndisliyi ixtisası üzrə təhsil alan İsmailova Pərişan Elsevər qızı göstərib. O, 100 bal toplayıb.

Yüksək nəticə göstərən digər tələbələri təqdim edirik:

Magistratura üzrə- Turizm və otelçilik ixtisası üzrə:

Ağayeva Ziba Kamran qızı- 96.60 bal;

Səfərəliyeva Qələmnaz Şirin qızı- 96.80 bal.

Muzeyşünaslıq, arxiv və abidələrin qorunması ixtisası üzrə:

İslamov Novruz Gündüz oğlu- 96.60 bal.

Qida mühəndisliyi ixtisası üzrə:

İsmailova Pərişan Elsevər qızı- 100 bal;

Baxışlı Aytac Eldar qızı- 99.80 bal;

Hüseynli Nigar Şamil qızı- 97.40 bal;

Bağırlı Günsel Ədalət qızı- 96.40 bal;

Qasımzadə Səriyyə Famil qızı- 95.60 bal;

Abdullazadə Fidan İnşallah qızı- 95.20 bal;

Cəfərli Aytac Zaur qızı- 95 bal;

Musayeva Aysu İmran qızı -95 bal.

Sosial iş ixtisası üzrə:

Sabutova Nigar Zahid qızı- 99 bal.

Bakalavriatura üzrə -Turizm və qonaqpərvərlik fakültəsi üzrə:

Hacızadə Fatimə Seymur qızı- Turizm işinin təşkili ixtisası- 95.11 bal;

Aslanlı Aysən İxtiyar qızı- Logistika və nəqliyyat ixtisası- 96.37 bal;

Camalova Nəzrin Cəlal qızı- Logistika və nəqliyyat ixtisası- 99.20 bal;

Mürsəlova Səma Dəyanət qızı- Logistika və nəqliyyat ixtisası- 95.47 bal;

İsmayılov Cəfər Sadiq Şahin oğlu- Turizm işinin təşkili ixtisası - 98.52 bal;

Gənciyeva Arifə Arif qızı- Turizm işinin təşkili ixtisası- 97.35 bal;

Məmmədzadə Əzizağa Anar oğlu- Turizm işinin təşkili ixtisası- 95.81 bal;

Bağırova İlqarə İlqar qızı- Turizm işinin təşkili ixtisası- 95.90 bal;

Əsədov Murad Fərhad oğlu- Turizm işinin təşkili (rus bölməsi) ixtisası- 98.23 bal;

Babayeva Rəna Aydın qızı- Turizm işinin təşkili ixtisası- 97.20 bal;

Pənahova Məryəm Yunus qızı- Logistika və nəqliyyat ixtisası- 97.50 bal;

Bağısova Milena Fuad qızı- Logistika və nəqliyyat ixtisası- 96 bal;

Hüseynli Fatimə Razim qızı- Logistika və nəqliyyat ixtisası- 95.97 bal;

Rəcəbova Nərgiz Əzizbala qızı- Turizm bələdçiliyi ixtisası- 96.57 bal.

Biznes və Menecment fakültəsi üzrə:

Rzayeva Rəşidə Rəşid qızı- Maliyyə ixtisası- 97.63 bal.

Sosial idarəetmə fakültəsi üzrə:

Quliyeva Zeynəb Elşən qızı- Sosial iş ixtisası- 98.47 bal;

Həsənova Sona Nurəddin qızı- Sosial iş ixtisası- 97.60 bal;

Şahsöyünova Aidə Araz qızı- Sosial iş ixtisası- 95.40 bal;

Pənahova Xanım Ravin qızı- Sosial iş ixtisası- 95.20 bal;

Abdullayeva Gülnurə Yusif qız- Sosial iş ixtisas- 96.42 bal;

Mədətli Səidə Asim qızı- Sosial iş ixtisası- 95 bal;

Səfərova Rəna İlham qızı- Sosial iş ixtisası- 98 bal.

TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin
Son xəbərlərDaha çox