Azedu.az

Müəllim MİQ-də yenidən iştirak etdi, 96 bal TOPLADI

MİQ

25 İyul 2026, 13:08
Müəllim MİQ-də yenidən iştirak etdi, 96 bal TOPLADI

14 iyuldan etibarən 2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. Proses 18 iyuladək davam edəcək.

İmtahanda yüksək nəticə göstərən müəllimlər arasında Ucar rayonu Rafiq Abbasov adına Lək kənd 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Etibar Həsənov da yer alır.

O, MİQ imtahanında 96.25 bal toplayaraq yüksək nəticə göstərən müəllimdən biri olub.

AzEdu.az bu münasibətlə müəllimin təəssüratlarını öyrənib.

Uşaqlıqdan bəri ən böyük arzum tarix müəllimi olmaq, bu fənni şagirdlərimə sevdirmək idi:

“2022-ci ildə keçirilən MİQ imtahanında 92 bal toplayaraq Ucar rayonu Rafiq Abbasov adına Lək kənd 1 nömrəli tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışam. Uşaqlıqdan bəri ən böyük arzum tarix müəllimi olmaq, bu fənni şagirdlərimə sevdirmək idi. Fəaliyyət göstərdiyim dörd il ərzində şagirdlərim tarix fənninə böyük maraq göstərib və müxtəlif ali təhsil müəssisələrinə qəbul olub.

2026-cı il iyunun 24-də keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 56 bal toplayaraq ixtisas fənni üzrə 100 faiz nəticə əldə etdim. Ardınca, 16 iyul 2026-cı ildə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında 96,25 bal toplayaraq respublika üzrə ən yüksək nəticələrdən birini göstərdim. İmtahan zamanı həyəcanlı olsam da, biliyimə hər zaman güvənirdim. Təəssüf ki, iki sualın cavab variantını son anda dəyişdiyim üçün 100 bal toplaya bilmədim. Bununla belə, əmsal hesablandıqdan sonra ümumi nəticəm 101 bal oldu.

Hesab edirəm ki, uğurun ən vacib şərti insanın özünə inanması, daim üzərində çalışması və peşəsinə sevgi ilə yanaşmasıdır. Məhz bu prinsiplər mənim əldə etdiyim nəticələrin əsasını təşkil edib”.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox