Azedu.az

Müəyyən komissiyalar üzrə qabiliyyət imtahanları davam edir

Dövlət İmtahan Mərkəzi

28 İyul 2026, 10:02
Müəyyən komissiyalar üzrə qabiliyyət imtahanları davam edir

Hazırda ali təhsil müəssisələrinin V ixtisas qrupunun teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanları yekunlaşıb. İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi, kütləvi sağlamlaşdırıcı idman) və 63-cü (çağırışaqədərki hazırlıq və fiziki tərbiyə müəllimliyi) komissiyalarının imtahanları da başa çatıb.

AzEdu.az xəbər verir ki, həmçinin 61-ci (məşqçilik) komissiyanın fiziki hazırlıq imtahanları yekunlaşıb, ixtisas imtahanlarının isə 27 iyul – 7 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur.

Bu gün idman istiqamətinin 61-ci komissiyası üzrə Bakı Atıcılıq Mərkəzində Atıcılıq (6101) və Bakı Tennis Akademiyasında Tennis (6125) ixtisaslarının imtahanları keçirilib.

Ali təhsil müəssisələrinin I ixtisas qrupunun Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı 28 – 30 iyul, III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı isə 30 iyul – 2 avqust tarixlərində keçiriləcək.

Abituriyentlər (subbakalavrlar) qarşıdan gələn qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatla “Abituriyent” jurnalının 2026-cı ildə istiqamətlər çap olunan xüsusi buraxılışlarında tanış ola bilərlər

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Ukrayna 390 dronla Moskvaya hücum etdi: Rusiyada PANİKA YAŞANIR
Son xəbərlərDaha çox