Hər il iyulun 28-i dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur.
AzEdu.az xəbər verir ki, günün əsas məqsədi virus hepatitləri barədə məlumatlılığı artırmaq, xəstəliyin vaxtında aşkarlanması və müalicəsinin əhəmiyyətinə diqqət çəkməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2024-cü ildə dünyada 287 milyon insan xroniki hepatit B və ya C ilə yaşayıb, bu xəstəliklər isə təxminən 1,3 milyon insanın ölümünə səbəb olub.
2026-cı ilin Ümumdünya Hepatit Günü “Hepatiti parçalayaq” (“Hepatitis: Let’s Break It Down”) şüarı ilə keçirilir. Kampaniya hepatitin qarşısının alınması, test və müalicəyə çıxış qarşısındakı maneələrin aradan qaldırılmasına çağırır.
Hazırda hepatit B-yə qarşı effektiv vaksin və müalicə, hepatit C-yə qarşı isə tam sağalma imkanı verən müalicələr mövcuddur. ÜST 2030-cu ilədək virus hepatitinin ictimai sağlamlıq təhdidi kimi aradan qaldırılmasını hədəfləyir.