Azedu.az

Bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır - SİYAHI

Bakı şəhəri üzrə Təhsil İdarəsi

28 İyul 2026, 09:39
Bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır - SİYAHI

29 iyul 2026-cı il saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

İdarədən AzEdu.az-a bildirilib ki, qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

1. Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

2. Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

3. Bakı şəhəri “Zəngi” liseyi

4. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

5. Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin
Son xəbərlərDaha çox