Azedu.az

Peşə təhsili alan tələbələr nə qədər təqaüd alır? - MƏBLƏĞLƏR

Peşə təhsili

27 İyul 2026, 12:13
Peşə təhsili alan tələbələr nə qədər təqaüd alır? - MƏBLƏĞLƏR

2025-2026-cı tədris ilində peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 35 min 854 nəfər təşkil edib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, tələbələrə akademik göstəricilərinə uyğun olaraq müxtəlif məbləğlərdə aylıq təqaüdlər ödənilir. Belə ki, adi təqaüdün məbləği aylıq 70 manat, həvəsləndirici təqaüdün məbləği 90 manat, əlaçı təqaüdünün məbləği isə 110 manat müəyyənləşdirilib.

Təqaüd məbləğləri tələbələrin akademik nəticələrinə uyğun olaraq pilləli şəkildə artırılır. Bu yanaşma tələbələrin təhsildə daha yüksək nəticələr əldə etməsini stimullaşdırmaq və peşə təhsilinə marağı artırmaq məqsədi daşıyır.

Türk ölkəsindən Putinə etiraz - Müharibəni dayandır, gənclər ö*lür!
Son xəbərlərDaha çox