Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-29 14:21:00
Riyaziyyat müəllimləri sertifikasiyada yaxşı nəticə göstərəcəklər- SƏBƏB

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bir neçə gün öncə bu il daha 30 min müəllimin  sertifikatlaşdırılmaya cəlb ediləcəyini bildirib.

 

Bu il sertifikatlaşdırmadan keçməyən digər ibtidai sinif və riyaziyyat müəllimləri prosesə cəlb ediləcək.

 

Bəs sertifikasiya prosesinin yekununda bu müəllimlərin durumu necə müəyyənləşəcək?

 

Mövzu ilə bağlı Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Məmmədov AzEdu.az-a açıqlamasında sertifikasiyanın  son dərəcədə  önəmli olduğunu bildirib:

 

Riyaziyyat müəllimləri sertifikasiyada yaxşı nəticə göstərəcəklər- SƏBƏB

 

"Müəllimlərin sertifikasiya prosesinə start verilib. Təhsil nazirliyi tərəfindən bu son dərəcə vacib və önəmli hesab edilir. İbtidai sinif müəllimlərinin bir qismi bu prosesdən artıq keçib. Bəzi istisnaları çıxmaq şərti ilə, problemli bir hal müşahidə edilmir. Nəticəsi zəif olan müəllimlərə bir daha şans veriləcək.

 

Zəif nəticə göstərən müəllimləri təhsildən kənarlaşdırmaq yerinə, onlara bir daha özlərini doğrultması üçün imkan yaradılır. Elmin və texnikanın inkişafı ilə dərsliklər, dərslikdə olan materialların bir qismi əhəmiyyətini itirir və yeniləri ilə əvəz olunur. Bu səbəbdən sertifikasiyaların təşkili vacibdir".

 

"Sertifikasiya müəllimləri araşdırma aparmağa, özünü təkminləşdirməyə təhrik edir":

 

"Riyaziyyat müəllimlərinin sertifikasiyada iştirakı vacibdir. Stimullaşma  hərəkətverici bir qüvvə hesab olunur. Sertifikasiyanın müəyyən müddət ərzində keçirilməsi vacibdir. Riyaziyyat müəllimlərinin serifikatlaşdırma prosesində  zəif nəticə göstərəcəklərini, vəziyyətinin pis olacağını düşünmürəm.

Əsas olan çəkinmədən sualları cavablandırmaqdır. Nəticənin zəif olması problem deyil, əsas məsələ nəticənin zəif olduğunu bildikdən sonra, öz üzərində dayanmadan çalışmaqdır".

 

B.Məmmədov son olaraq qeyd edib ki,  müəllim bir millətin gələcəyini inşa edir. Burada əsas olaraq ibtidai sinif müəllimlərinə xüsusi diqqət yetirilməlidir.