Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 15:52:00
BP-dən möhtəşəm layihə - 4 nəfis dərslik  təqdim edildi

 

 Bu gün bp beynəlxalq universitetlərdə geniş istifadə edilən dörd dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib. Bu, bp tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və yerli universitetlərə təqdim olunmuş əvvəlki 15 dərsliyə əlavədir.

 

 

Kitablar bp-nin ən yaxşı beynəlxalq tədris vəsaitlərinin və təcrübəsinin Azərbaycana gətirilməsinə yönəlmiş böyük bir təhsil layihəsinin bir hissəsi olaraq tərcümə edilib və nəşr olunub. bp bu layihəni hazırda davam etdirir və əlavə 10 beynəlxalq universitet dərsliyinin tərcümə olunması və nəşri üzərində iş gedir.

 

Azərbaycan dilinə tərcümə edilmək və nəşr olunmaq üçün seçilmiş bütün dərsliklər yerli universitetlər və müvafiq ekspertlər tərəfindən beynəlxalq bilik və təhsil təcrübəsi baxımından dəyərli mənbə kimi tövsiyə olunub. Bu kitablar dünyada ən geniş istifadə olunan dərsliklər sırasındadır və əksər aparıcı beynəlxalq universitetlərin icbari tədris vəsaitlərinin siyahısına daxildir.

 

Bu gün yeni kitabların ictimaiyyətə təqdimatı münasibətilə keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu kitablar yerli universitetlərin bəhrələnə biləcəyi daha bir dəyərli təhsil və tədris mənbəyidir. Layihə başa çatdıqda biz universitetlərimiz üçün qlobal biliklərlə zəngin 29 ən nüfuzlu beynəlxalq dərsliyə birbaşa çıxış təmin etmiş olacağıq. Çox məmnunuq ki, Bakıda və ölkənin digər şəhərlərində yerləşən 30-dan çox yerli ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti bu dərsliklərdən yararlana biləcək. Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı kimi biz ölkədə təhsilin ümumi keyfiyyətinin artırılmasına yönəlmiş sosial layihələrə sərmayə qoymağa davam edəcəyik.”

 

Yeni təqdim edilmiş dörd kitab aşağıdakılardır:

  • Pozitiv psixologiya: təməl/1-ci nəşr (Müəllif: Rona Hart)

Nəşriyyat: Routledge, 2020

 

  • Liderlik et və qalib gəl: İnnovator dilemmasını necə həll etməli/2-ci nəşr (Müəlliflər: Çarlz.A O’Reyli və Maykl L. Tuşman)

      Nəşriyyat: Stenford Universiteti, 2021

 

  • Sosial tədqiqat praktikası/15-ci nəşr (Müəllif: Örl Bebbi)

             Nəşriyyat: Cengage AU, 2020

 

  • Yeni biznes yolu testi/5-ci nəşr (Müəllif: Con Mallins)

             Nəşriyyat: Pearson, 2018

 

Bu kitablar bp-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın - TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.

 

Hazırda davam edən layihənin ümumi dəyəri 1 milyon AZN-dən çoxdur ($590000) və buraya bu gün təqdim edilmiş dörd kitab və layihə çərçivəsində nəzərdə tutulmuş daha 10 dərslik daxildir. Bu, bp-nin bundan əvvəl 15 dərsliyin tərcüməsi və nəşrinə xərclədiyi təxminən 1,14 milyon AZN ($670000) vəsaitə əlavədir.

 

bp-nin maliyyələşdirdiyi bütün dərsliklərin tam siyahısı (əvvəl dərc edilmiş 15 kitab və yeni təqdim olunan dörd kitab) və onların hər biri haqqında daha ətraflı məlumatla bu press-relizə əlavə olunmuş materialda tanış ola bilərsiniz.

 

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK