Azedu.az

Apellyasiyaya müraciət etmiş namizədlərin nəzərinə-ARTİ

25 Yanvar 2023, 15:52
Apellyasiyaya müraciət etmiş namizədlərin nəzərinə-ARTİ

Apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

AzEdu.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 27 yanvar tarixində, onlayn formatda, Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

 

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.

 

Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox