Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-15 06:00:05
Stiven Hokinq haqqında maraqlı FAKTLAR

Xəbər verdiyimiz kimi, məşhur ingilis fizik Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.

AzEdu.az Technote-yə istinadən Hokinqin həyatı haqqında maraqlı faktları təqdim edir:

- Stiven Hokinq 8 yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlib. Qalileo Qalileyin ölümündən düz 300 il sonra. 21 yaşında Hokinqə amiotrofik skleroz diaqnozu qoyulmuşdu. Həkimlər ona bir neçə il yaşaya biləcəyini söyləmişdilər.

- Məktəbdə Stivn orta səviyyədə oxusa da riyaziyyatda yaxşı nəticələr əldə edirdi və bundan əlavə olaraq kimya ilə maraqlanırdı. 9 yaşında olanda onun dərslər üzrə qiymətləri sinifdəki ən bərbad qiymətlər idi. Buna baxmayaraq müəllimlər onun dahiliyinə inanırdılar. Buna görə də məktəbdə o, “Eynşteyn” ləqəbinə layiq görülmüşdü.

- Onun atası istəyirdi ki, Stiven tibb ilə məşğul olsun. Lakin Stivenin biologiyaya həvəsi yox idi. O, biologiyanı həddindən artıq dəqiq olmayan bir elm kimi hesab edirdi. Nəticədə o, Oksfordda hissəciklərin nəzəriyyəsi və kosmologiya ilə məşğul olmağa başladı. Belə ki, bu sahələr insanlar tərəfindən az öyrənilmiş və böyük imkanlar vəd verirdi.

stream_img.jpg

- Kral cəmiyyətinin görüşündə Stiven birdən məşhur astrofizik Fred Hoylun mühazirəsini dayandırmışdı. O bunu Fredin səhv etdiyini söyləmək üçün etmişdi. Onun bu səhvi necə tapdığını ondan soruşduqda isə o belə cavab vermişdi: “Sadəcə olaraq mən bütün bunları başımda hesabladım”.

- 1970-ci illərdə Stiven öz əsas kəşflərini etmiş və bəlkə də kosmologiyaya ən vacib töhfəni vermişdi: Hokinq şüalanmalarının kəşfi (qara dəliklər enerji ifraz edir və həmin enerji bitənə qədər bu proses davam edir).

- 1980-ci illərdə Stiven professor Ceyms Hartl ilə birlikdə zaman və məkanda sərhədlərinin olmadığı kainat modelini təqdim etmişdi. Həmin kainat konsepsiyası həmçinin Stivenin “A Brief History of Time” kitabında da əks olunmuşdu. Həmin kitab bütün dünya üzrə 25 milyonluq tirajla satılmışdı.

Stiven kainatı Yer kürəsinə bənzədirdi. Belə ki, Yer kürəsinin hansı nöqtəsinə gedirsən get onun kənarı yoxdur. Lakin planet yalnız ikiölçülü fəzada, kainat isə dördölçülü fəzada mövcuddur.

- 1985-ci ildə Stiven pnevmaniya xəstəliyinə tutuldu. Onun vəziyyəti o dərəcədə ağır idi ki, həkimlər onun, həyatı dəstəkləyən aparat ilə əlaqəsini dayandırmaq istəyirdilər. Onun həyat yoldaşı olmuş Ceyn bu fikirdən imtina etmişdi. Nəticədə Stivenin həyatını qurtarmaq üçün onun üzərində traxeotomiya əməliyyatı aparılmışdı. Bu əməliyyat nəticəsində o, danışa bilmək qabiliyyətini itirdi və həmin vaxtdan insanlarla səs sintezatoru vasitəsilə ünsiyyət saxlamağa başladı.

- Stiven elm dünyasının pop-ulduzu hesab olunurdu. Müxtəlif vaxtlarda o, “Simpsons”, “Star Trek”, “Big Bang Theory” kimi layihələrdə iştirak etmişdi.

- Baxmayaraq ki, Stiven çoxlu sayda nüfuzlu elmi və ictimai mükafatlara sahibdir, o sağ ikən Nobel mükafatını ala bilmədi. Oksfordda 30 il ərzində o, İsaak Nyuton-un çalışdığı kafedrada çalışdı.

trhtyjukyjfgtdrgsd.jpg

- Stiven Hokinq sağ yanağındakı kiçik əzələ hərəkəti və komputer köməyilə yazı yazaraq danışa bilirdi. Təbii ki, burada bir məqam diqqəti çəkir. Stiven Hokinq öz səsi ilə yox, yazdıqlarını səsləndirən proqram vasitəsilə söhbət edib, hətta konfrasda da çıxış edə bilirdi.

Hal-hazırda AS və ya digər məhdudiyyətli şəxslərin ən çox istifadə etdiyi üsullardan biri EyeNavigator göz izləmə sistemidir. Bu sistem sayəsində xəstə sadəcə göz hərəkətlərindən istifadə edərək komputer vasitəsilə danışır və ətrafı ilə söhbət edə bilir.

O, komputerlə əlaqə proqramı kimi Word Plus Inc şirkətinin EZ Keys proqramından istifadə edirdi. Bu proqramın çox mükəmməl söz ehtimal etmə xüsusiyyəti var idi. Stiven Hokinq eynəyinə bərkidilmiş yanaq əzələlərindən birinə təmas edən İnfrared Switch sayəsində komputerə əmrlər göndərirdi. Bu sistemə Single Switch Control adı da verilib. Yazdığı yazılar isə danışıq proqramı olan Speech+ istifadə edilərək səsləndirilirdi.