Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-14 13:58:56
Məktəblilər arasında gigiyena ilə bağlı maarifləndirmə aparılıb

Paytaxt məktəblərində “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində növbəti seminarlar keçirilir.

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər ki, proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.

Seminarlarda məktəblilərə reproduktiv sağlamlıq üzrə məlumatlar verilir, həmçinin onlar sanitar-gigiyenik qaydalar, düzgün qidalanma və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirilirlər.

Seminarlar çərçivəsində reproduktiv sağlamlığa dair videoçarxlar nümayiş olunur. Eyni zamanda, şagirdlərə reproduktiv sağlamlıq barədə kitabçalar paylanılır, onları maraqlandıran suallar cavablandırılır.