Azedu.az

XII  “Fənlərin Dostluğu Olimpiadası” uğurla başa çatdı

5 Dekabr 2022, 14:21
XII  “Fənlərin Dostluğu Olimpiadası” uğurla başa çatdı

 

4 dekabr 2022-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş XII “Fənlərin Dostluğu Olimpiadası” keçirilib.

 

AzEdu.az xəbər verir ki, builki olimpiadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı,  respublikamızın 10-dan çox şəhər və rayonlarını təmsil edən 1678 nəfər şagird öz biliyini sınayıb. Karantin qaydalarına uyğun təşkil olunan olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan mərkəzində keçirilib.

 

Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında təşkil olunan olimpiadada iştirakçılar  2 saat müddətində 50 sualı cavablandırıblar. Suallar 2-6 fənli olmaqla inteqrasiya əsasında tərtib olunmuşdu.

 

Bir həftə sonra olimpiadanın nəticələri layihənin rəsmi elektron ünvanı olan  www.inteqrasiya.az saytında elan olunacaq. Dekabr ayının sonuncu ongünlüyündə FDO-12 qaliblərinin mükafatlandırılma mərasimi baş tutacaq.

 

Xatırladaq ki, XII “Fənlərin Dostluğu Olimpiadası” Azərbaycan Dövlət İqtisad Universiteti və “Hədəf Qrup”un birgə təşkilatçılığı ilə keçirildi.

 

 

 

 

 

 

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox