https://modern.az/ #
2022-12-04 16:57:00
Öyrənmə çətinliyi olan uşaqların ailələrinə vacib tövsiyələr -Uğur uzaqda deyil

Uşaqların öyrənmə çətinliyi, oxu və yazı vərdişlərinin zəif  inkişafı  əsasən ibtidai sinif zamanı üzə çıxır.

 

Uşaqlar ailələri tərəfindən daimi nəzarətdə olarsa, bu hal daha tez nəzərə çarpar və məşqlərə başlanıla bilər.

 

Hər uşaq öyrənir. Amma bu eyni zamanda və eyni formada olmur. Hər kəsin öyrənmə üsulları fərqlidir. Bu fərqliliklər məktəbdə mövzuların öyrənilməsində problem yarada bilir.  Ona görə də öyrənmə çətinliyi risk qrupuna daxil olan uşaqlar ibtidai sinifə başlamazdan əvvəl mütləq nəzarətdə saxlanılmalıdır.

 

AzEdu.az öyrənmə çətinliyi olan uşaqların ailələrinin bu halda necə davranmalı olduqları barədə bilgiləri təqdim edir.

 

Əvvəlcə qeyd edək ki, uşaqlarda öyrənmə çətinliyinin əsas göstəriciləri  bunlardır: danışıqda gecikmə, söz tapmaqda çətinlik çəkmək, söz ehtiyatının  yaşına uyğun olmaması, tələffüzdə çətinlik çəkmək, hərf-səs əlaqəsini öyrənməkdə çətinlik çəkmək, rəqəm, hərf,  rəng anlayışlarını öyrənməkdə çətinlik çəkmək, istiqamət qarışıdırmaq, diqqəti cəmləməkdə çətinlik çəkmək, zaman və məkan problemləri yaşamaq, qələmi səhv tutmaq, düşünmədən hərəkət etmək, yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkmək

Bu əlamətləri müşahidə edirsinizsə, deməli, övladınız uşağınız danışıq əngəlliyi  baxımından risk qrupuna daxildir.

 

Öyrənmə çətinliyi olan ailələrə tövsiyələr

 

-Uşağınıza dəyərli olduğunu hiss etdirin, söz ilə, duyğu ilə əlaqə qurun;

 

-Uşağınızın bacarıqlarını görün. Bacara bildikləri işlərdə onlara dəstək olun;

 

-Onun üçün dərs proqramı hazırlayın  və bu plana uyğunlaşmasına kömək edin;

 

 

-Xatırlatmalar edin. Tabe olması lazım olan qaydaları daha yaxşı öyrənə bilməsi üçün təkrara ehtiyac duyulur;

 

-Onun etməli olduğu işləri siz etməyə çalışmayın;

-Uşağınıza mühit və zaman verin. Ona işini görə biləcək mühit hazırlayın. Sınaması üçün zaman verin. Bu iş üçün onu cəsarətləndirin, əməyini mükafatlandırın;

 

-Uşaq evin lideri deyil. Sizə əmrlər verməməlidir.

Lakin siz də mükafat və cəzada ədalətli olun. Cəza ən son istifadə olunacaq üsuldur. Mükafatlandırma nəticə verməzsə, cəzalandırma düşünülə bilər. Cəza davranışa uyğun olmalıdır. Verilən cəza və mükafatlar uşağın davranışı ilə eyni səviyyədə olmalıdır;

 

-Uşağınızı dinləyin. Sual verərək danışmağa məcbur etməyin, özü danışırsa işiniz olsa belə onu dinləyin, bu halda o daha çox danışacaq. Məktəb haqqında danışmırsa narahat olmayın;

 

-Onu digər uşaqlarla müqayisə etməyin. Bu uşaqları qorxudar. Özlərinə inamı itirmələrinə səbəb olar;

 

-Dərs edərkən yanında durun. Ev tapşırığı edərkən yanında otursanız, diqqətinin dağılmasının qarşısını ala bilərsiniz. Tapşırıqları siz oxuyaraq onun işini asanlaşdıra bilərsiniz;

 

-Uğurla bitirdiyi hər işə görə onu təqdir edin. Nümunələr verin, tez-tez təkrar edin, sonra isə onun etməsini istəyin. Səbrli olun. Onun edə biləcəyinin ən asanından başlayın. Özünə inamının artmasına kömək edin;

 

-Uşağınıza sağ-sol, alt-üst kimi anlayışları başa düşməsinə kömək edəcək üsullar, ipucları öyrətin. Yaşına görə bunları bilməlidir deyib, onu cəzalandırmayın;

 

-Etmədiyi şeylər üçün danlamayın. Qeyd edək ki, uşağınızda öyrənmə çətinliyi hallarını nəzərə almısınızsa, mütləq bunun üçün bir mütəxəssisə müraciət etməlisiniz.

Fidan Ali

 

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK