Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 13:48:00
Məktəbin reytinq göstəricilərini repetitor-müəllimlər müəyyən edir?-İRAD

 

 

“Repetitorluq fəaliyyəti geniş vüsət aldıqdan sonra təhsil müəssisələrində arxayınlıq yarandı”

 

Son zamanlar repetitorluğun təhsilin inkişafına mane olduğu ilə bağlı fikirlər səslənir.

 

Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən son  brifinq zamanı vacib məsələyə toxunub:  “Təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repretitor yanına gedir. Bir tərəfdən də deyilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmasının səbəbi də repetitordu"

 

Təhsil jurnalisti Məzahir Məmmədli  mövzu ilə bağlı fikirlərini AzEdu.az-la bölüşüb. O, bu məsələdə müəllimlərin daha çox qayda pozuntusuna əl atdıqlarını deyir:

 

“Bildiyiniz kimi, orta məktəblərin reytinqi onun universitetə qəbul olduğu şagird sayı əsasında formalaşır. İndiki zamanda repetitorlara arxayınlıq gözləntilərin ümumi təhsil müəssisələrindən deyil, birbaşa onlardan asılı olmasına gətirib çıxardı. Artıq elə bir vəziyyət yaranıb ki, müəllimlərin özləri şagirdləri repetitorların yanına sövq edirlər.

 

Nə qədər ki, müəllimin əmək haqqısı yüksək səviyyəyə çatdırılmayıb, repetitorluq fəaliyyəti dəvam edəcək. Müəllimlər biliklərini qırx beş dəqiqə ərzində şagirdlərə yönləndirə bilərlər. Bu gün elə bir vəziyyət yaranıb ki, imkanı olmayan abituriyentlər belə 4-5 fəndən repetitor yanına getməli olurlar”.

 

Təhsil jurnalisti abituriyentlərin zəif nəticə göstərməsinin səbəblərini açıqladı:

 

“Abituriyentlərin az bal yığmasının səbəbi xüsusən məktəblərdən asılıdır. Məktəbin bir çox müəllimi repetitorluqla məşğul olursa, həmin məktəblərdə nəticələr bir qədər ürəkaçan olur.  Çox zaman həmin müəllimlər imkanı olmayan şagirdlərə ödənişsiz hazırlıq keçirlər. Lakin, məktəbdə repetitorluqla məşğul olan müəllim yoxdursa,şagirdlər kənar müəllimlərə,hazırlıq kurslarına müraciət etməli olurlar.İmkansız şagirdlər isə ümumiyyətlə hazırlaşa bilmirlər”-deyə,o bildirdi.