Azedu.az

UNEC komandası “Biz Bir Ailəyik – Biz Qalibik” yarışmasında III oldu

30 Noyabr 2022, 12:02
UNEC komandası “Biz Bir Ailəyik – Biz Qalibik” yarışmasında III oldu

3 Dekabr Beynəlxalq Əlilliyi olan şəxslər Gününə  həsr olunmuş “Biz Bir Ailəyik – Biz Qalibik” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə keçirilən tədbirdə 6 universitetin əlilliyi olan tələbələri və digər əlillik sahəsinə yaxın təşkilatların komandaları arasında intellektual yarışma keçirilib. Ümumilikdə 24 sual səslənən yarışmada UNEC komandası III yeri qazanıb.

 

Tədbirin II hissəsi eşitmə-danışma məhdudiyyətli uşaqların ifasında bədii hissə ilə davam edib. 

 

Sonda qalib komandalara diplom, medal və kubok, könüllərə isə təşəkkürnamələr təqdim olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox