https://modern.az/
2022-11-25 14:40:00
Çində təqaüd proqramına sənəd qəbulu aparılır

Çin Xalq Respublikası 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edir.

 

AzEdu.az xəbər verir ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına sənəd qəbulu 25 dekabr 2022-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2023-cü ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.