Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 10:16:00
Bu iki fənn bütün ixtisas qruplarına əlavə edilə bilər – Abituriyentlər ayağa qalxacaq

 

 

“Azərbaycan tarixi fənni ilə bağlı bütün peşə sahəsində çalışan vətəndaşların anlayışı olmalıdır.”

 

Mütəmadi olaraq, təhsil ekspertləri arasında (I-V) ixtisas qrupu fənləri sırasına “Azərbaycan tarixi”“İnformatika” fəninin əlavə olunması ilə bağlı müzakirələr aparılır.

 

Fənn bloklarına aid olan fənlər həmin bloka aid olan ixtisasların tələbatını nə dərəcədə ödəyir? Hər fənn blokuna aid 5 fənn yüzdən çox ixtisasın tələbatını nə dərəcədə ödəyə bilir? İxtisas qrupu fənlərinin artırılması vacib hesab olunurmu?

 

Mövzu ilə bağlı ekspert və tarixçilərin fikirlərini təqdim edirik:

 

Təlimçi, təhsil eksperti Elnur Hacıyev mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında ali məktəblərə qəbul imtahanı zamanı bütün ixtisas qruplarına “Azərbaycan tarixi” və “İnformatika”  fənninin əlavə edilməsini abituriyentin işini daha da çətinləşdirəcəyini  vurğulayıb:

 

“Bəzi xarici ölkələrdə universitetlərə imtahan prosesi, bizim ölkənin imtahan prosesinə nisbətən daha asan hesab olunur. Dünyada hər bir peşə sahibindən, yalnız öz peşəsinə uyğun bacarıqlar tələb olunur. Azərbaycan universitetlərinə qəbul qaydaları daha ağır hesab olunur. İnformatika fənni həyatımızın bir parçasına çevirilib. İnformasiya texnologiyaları barədə hər bir kəsin məlumatlı olması vacib hesab edilir”.

 

Ali məktəblərə qəbul prosesində “Azərbaycan tarixi” və “İnformatika” fənninin bütün ixtisas qruplarına əlavə edilməsi abituriyentlərin işini dahada çətinləşdirəcək:

 

“Blok fənnlərinin artırılması  işin zərərinə hesab olunur.  Universitetlərə qəbul zamanı abituriyentlərdən əlavə bilik və bacarıqların tələb olunması, imtahan prosesini daha da çətinləşdirir. Hər bir məzundan gələcəkdəki ixtisası üzrə bilik və bacarıqlarının yoxlanılmasını daha səmərəli hesab edirəm. Çətin olan qəbul qaydalarını dahada çətinləşdirmiş olarıq. Hər bir şəxs konkret öz peşəsinə fokuslanmaqda çətinlik çəkəcək”.

 

“Azərbaycan tarixi” və “İnformatika” fənninin bütün ixtisas qruplarına əlavə edilməsi yerinə, orta məktəbdə daha ciddi formada tədris olunmasını daha doğru bir addım hesab edirəm-deyə, o bildirib.

 

Tarixçi müəllim Arif Gürşadoğlu AzEdu.az-a açıqlamasında yaxşı bir fikir olaraq səslənsə belə,  baş tutacağını güman etmirəm deyə vurğulayıb:

 

“Mənim pedoqoji fikirlərimdə ənənəvilik və müasirlik ön plana keçir. Həm ənənəvilik, həm də müasirliyə diqqət edilməlidir. Belə düşündükdə məntiqli hesab olunur. Az abituriyent tapılar ki, məqsədli olaraq ixtisas seçib ona doğru irəliləsin.  Ali məktəblərə hazırlaşan abituriyent  (I və IV) ixtisas qrupunu tarix fənni yoxdur deyə seçir. Qəbuldan sonrakı prosesdə, ixtisasından aslı olmayaraq bütün tələbələrə “Azərbaycan tarixi” fənni tədris olunur və imtahan keçirilir”.

 

Azərbaycan tarixi” fənninin əlavə edilməsi “İnformatika”  fənninə nisbətən daha məqsədəuyğun hesab olunur -deyə, o bildirib.