Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 12:39:00
“Bəzi məktəblər odun, bəziləri günəş panelləri vasitəsilə qızdırılır”-Nazirlik rəsmisi

 

“Ucqar dağ kəndlərində odun vasitəsilə istiliyin təmin edildiyi məktəblər var”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil TV”də yayımlanan “Təhsil masası” verilişində ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması barədə suallar cavablandırarkən qeyd edib.

 

Müdir müavini məktəblərdə istiliyin təmin edilməsi üçün həyata keçirilən yeni üsullardan danışıb:

 

“1600-dən çox müəssisədə istilik sisteminin təmir və bərpası ilə bağlı işlər görülür və görülməkdədir. Ümumi təhsil müəssisələrimiz bir neçə şəkildə istiliklə təmin edilir. Məktəblər əsasən, özlərinin xüsusi qazanxası, yaxud bölgənin mərkəzi istilik sistemi, yəni “Azəristilik” vasitəsilə qızdılır. Amma ucqar dağ kəndlərində odun qızdırıcından istifadə edilərək istuliyin təmin edildiyi məktəblər var. Həmçinin Cəbrayıl məktəblərinin isidilməsi günəş panelləri vasitəsilə həyata keçirilir. Qazax-Tovuz məktəblərində də xüsusi bioloji isdilik üsullarından istifadə edilir”.

 

“Ümumilikdə təhsil müəssisələrində artıq qış rejiminə keçilib, istiliyin tam təmin edilməsi istiqamətində lazımı işlər görülür”-deyə, o bildirib.