Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 10:00:00
Hazırlıq kurslarının daha bir oyunu- Sınaq adı ilə hazırlanan lazımsız suallar-PROBLEM

 

 

“İşə qəbul zamanı müəllimin savadı ilə yanaşı, onun psixoloji durumu nəzərə alınmalıdır”.

 

20 ildən artıq müddətdir ki, Azərbaycanda özəl hazırlıq kursları fəaliyyət göstərir. Həmin kursları hər il çox sayda şagird başa vurur. Bir məqam var ki, son illərdə kursların sayının çoxalması  rəqabət məsələsini də sıfıra endirir. Yəni heç də bütün kursların keyfiyyətli təhsil verdiyini əminliklə söyləmək olmaz. Üstəlik bir çox kurslar idarəetmədə necə istəyirlərsə, elə də davranış nümayiş elətdirirlər. Bu da kurslarda özbaşınalıq ab-havasından xəbər verir.

 

Bəs hazırlıq kursları ilə bağlı ittihamların əsas səbəbi nədədir?

 

 

“Zirvə” Tədris Mərkəzinin rəhbəri Rahib İbrahimov AzEdu.az-a açıqlamasında məsələ ilə bağlı maraqlı detalları qeyd edib:

 

“Yeni fəaliyyət göstərən kurslar var ki, texniki bazası və maddi imkanları olduqca zəifdir. Sınaq imtahanları üçün tərtib edilən suallar tələblərə uyğun tərtib olunmur. DİM proqramı əsasında hazırlanmır. Özəlliklə deyə bilərəm ki, sual tərtibatı çox qarışıq formada olur. İmtahan prosesində xüsusi meyarlar var ki, (asan, orta, çətin) kurslar imtahan suallarını tərtib edərkən bu meyarları nəzərə almalıdırlar. Təəssüf ki, bəzi kurslar təhsil proqramıni izləmir, meyarlara diqqət etmir. Nəticə olaraq sınaq imtahanlarında abituriyentlər fikirlərini tam olaraq ifadə edə bilmir ki, bu da abituriyentlər arasında gərginliyə səbəb olur”.

 

Rahib İbrahimov kurslardakı müəllim  peşəkarlığı məsələsinə diqqət çəkib:

 

“Bu danılmaz bir faktdır ki, imtahan nəticəsinin yüksək olmasında həm repetitor, həm də kursların böyük rolu vardır. Kurs özəl sektor olduğu üçün daha çox savadlı kadrları cəlb etməyə çalışır. Kursun nəticəsi olmadığı zaman, valideyin və abituriyentlər arasında  narazılıq yaranır, bu da növbəti ilin qəbuluna təsir göstərir. Maddi və texniki bazası güclü olan kurslar  bütün proseslərə diqqət etməyə çalışır. Müəllimin  savadlı olmasına xüsusi diqqət edilir, bizim kursa qəbul zamanı müəllim üç mərhələli imtahan prosesindən keçdikdən sonra işə götürülür. Bu da şagirdlərin kursda daha yaxşı nəticə əldə etməyinə səbəb olur. Davamlı olaraq, illərdir fəaliyyət göstərən kursların işini davam etdirməsinin əsas səbəbi keyfiyyətli təhsil sisteminə malik olmasıdır.

 

Məktəbdə müəllimin dərs metodundan asılı olmayaraq şagird dərsdə işdirak etmək məcburiyyətində qalır. Kursda şagird müəllimin dərsindən narazı qalarsa müəllimi dəyişmək hüququna malikdir”.

 

Təhsil kurslarında işinin peşəkarı olan müəllimlər fəaliyyət gösdərməlidir-deyə, o bildirib.

 

Murad Əliyev