Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 11:42:00
Maşın vuran şagirdlərin SON DURUMU açıqlandı

 

 Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 4 məktəblini vurub. Onlardan ikisi xəsarət alıb.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Gədəbəy rayonu Zəhmət kənd tam orta məktəbin 2-ci sinif şagird Allahverdiyeva Yağmur Duman qızı və Gədəbəy rayon Slavyanka kənd 2 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Bağırlı Mədinə Rəşad qızını 18:30 radələrində avtomobil vurub.

 

"Hər iki şagird xəstəxanaya aparılıb. Hazırda onların  vəziyyəti yaxşısıdır. Bağırlı Mədinə Rəşad qızı ambulator müalicə üçün evə göndərilib, digər şagird Allahverdiyeva Yağmur Duman qızı isə müalicəsini xəstəxanada davam etdirir”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları