Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 17:43:00
AzTU-da müəllimlərin işə qəbulu aparılır  

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbulu aparılır.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, informasiya və kommunikasiya texnologiyaları sahələrində azı magistr dərəcəsi olan namizədlər müraciət edə bilərlər.

 

Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.