Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-01 13:32:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə 11 nəfər uğur qazanıb

On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan ümumi müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu gün saat 10:45-ə olan məlumata görə, 11 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibə oktyabrın 17-də başa çatacaq.

 

Qeyd edək ki, ümumi müsahibəyə sənəd qəbulu sentyabrın 12-də yekunlaşıb.