Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-01 12:25:00
UNEC kitabxanalarında sentyabr ayında 17 mindən çox oxucu qeydə alınıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kitabxanalarında sentyabr ayı ərzində17081 oxucu (o cümlədən 196 müəllim) qeydə alınıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, oxuculara 3983 nüsxə kitab verilib. Elektron kitabxanadan 6743 istifadəçi yararlanıb, sosial media və kitabxana veb-səhifəsi üzərindən197 istifadəçi-izləyici sorğusu cavablandırılıb.

 

Kitabxanadan istifadə sayına görə ilk yerdə Maliyyə və mühasibat fakültəsidir.