Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə qeydiyyat davam edir.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirməkdir.
Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunur. Ölkə üzrə təşkil olunan “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə müraciət www.portal.edu.az vasitəsilə həyata keçirilir.
Müsabiqəyə qeydiyyat oktyabrın 7-dək davam edəcək.
Sonda müsabiqə qaliblərinin diplom və hədiyyələrlə təltif olunmaları nəzərdə tutulur.