Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-29 17:38:00
Son 3 ildə doktorantura və dissertanturada təhsil almaq üçün müraciət edənlərin sayı artıb-FOTO

Son 3 ildə  Azərbaycan Respublikasının Təhsil İnstitutuna doktorantura və dissertanturada təhsil almaq üçün müraciət edən iddiaçıların sayında artım müşahidə olnur.

 

AzEdu.az xəbər verir ki, 2020-2022-ci illər ərzində ölkədə pandemiya səbəbindən elan olunmuş karantin rejiminə baxmayaraq iddiaçıların ARTİ-də təhsil almaq istəyi yüksəkdir.

 

Bunun da əsas səbəbi institutun və  bu il 90 illik yubileyini qeyd edən Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin plana və məqsədəuyğun  şəkildə apardığı təbliğat, həmçinin elmi kadrların  yüksək səviyyədə hazırlanması üçün rəhbərlik tərəfindən  yaradılmış münbit şəraitdir.

 

Son 3 ilin statistikasını təhlil etsək görərik ki, 2020-ci ildə plan yerlərin 80% dolmuşdusa, 2022-ci ildə bu göstərici 90%-ə qalmışdır.