Azedu.az

“Maarifçi”lər Qarabağ Universitetində

Təhsil Nazirliyi

10 Avqust 2026, 12:23
“Maarifçi”lər Qarabağ Universitetində

“IV Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Qarabağ Universitetində təşkil olunan infoturda yaxından iştirak edib, tədbirin ərsəyə gəlməsinə dəstək göstəriblər.

AzEdu.az xəbər verir ki, infoturda “IV Maarifçi” proqramı çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə Təhsil sektoru üzrə iştirakçı Türkanə Məmmədova, Elm və Təhsil Nazirliyinin Protokol sektoru üzrə iştirakçı Asiman Əhmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi üzrə iştirakçı Hüseyn Quliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə iştirakçı Şirinxanım Şeydayeva iştirak ediblər.

İnfoturun əsas məqsədi ictimaiyyətin Qarabağ Universitetinin fəaliyyəti, təhsil imkanları, müasir infrastrukturu və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olması, eyni zamanda universitetdə formalaşan yeni təhsil mühiti barədə ətraflı məlumat əldə etməsinə imkan yaratmaq olub. İştirakçılar infotur çərçivəsində universitetin müxtəlif məkanlarını ziyarət edib, tədris prosesi və tələbə həyatı ilə bağlı məlumatlarla tanış olublar.

İnfoturun ərsəyə gəlməsində “Maarifçi” proqramının iştirakçıları da fəal şəkildə dəstək göstəriblər. Proqramın müxtəlif mərhələlərinin iştirakçıları öz təcrübə və bacarıqlarını prosesə töhfə verərək infoturun təşkilati işlərində, iştirakçıların yönləndirilməsində və səfərin səmərəli şəkildə keçirilməsində yaxından iştirak ediblər. Bu dəstək “Maarifçi” proqramının yalnız təcrübə qazanmaq deyil, eyni zamanda təhsil sahəsində həyata keçirilən təşəbbüslərə töhfə vermək imkanlarını da nümayiş etdirib.

SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı - Ö*lənlər var
Son xəbərlərDaha çox