Azedu.az

Elm və Təhsil Nazirliyinə 54 minə yaxın vətəndaş müraciəti olub

Təhsil Nazirliyi

4 Avqust 2026, 10:41
Elm və Təhsil Nazirliyinə 54 minə yaxın vətəndaş müraciəti olub

İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 53 780 vətəndaş müraciəti daxil olub. 

AzEdu.az xəbər verir ki, müraciətlərin 9 447-si elektron qaydada, 2 360-ı yazılı formada, 34 923-ü çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 7 050 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.

Daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə tələbə qəbulu, tələbələrin köçürülməsi prosesi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox