Azedu.az

Nazirdən Azərbaycan Dili Günü ilə bağlı PAYLAŞIM- FOTO

Təhsil Nazirliyi

1 Avqust 2026, 15:46
Nazirdən Azərbaycan Dili Günü ilə bağlı PAYLAŞIM- FOTO

Elm və təhsil naziri Emin Əmrullayev 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib.

AzEdu.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi naminə birgə məsuliyyətimizi ifadə edən əlamətdar gündür.

Dilimizin saflığının qorunması, gənc nəslin ana dilində düzgün, səlis və zəngin nitq bacarıqlarına yiyələnməsi təhsilimizin əsas məqsədlərindəndir",- deyə nazir qeyd edib.

187485

Rusiyadan ŞOK TƏLƏB: Ukraynanı təslim olmağa çağırdı
Son xəbərlərDaha çox