Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 09:57:00
“Bağçalarda korrupsiya belə  yaranır”- Əsas çıxış yolu

 

 

Hazırda əsas qaranlıq qalan məsələlərdən biri də bağçalara uşaqların qeydiyyatı və tərbiyəçilərin işə qəbulu ilə  bağlıdır.

 

Mövzu ilə bağlı  təhsil eksperti Nabatəli Qulamoğlu fikirlərini  AzEdu.az-la bölüşüb.

 

 

"Bildiyiniz kimi, bağçalar uzun müddət  Bakı Şəhər İcra Hakimiyyətinin  tabeliyində olub. Bu ərəfədə  kifayət qədər sui-istifadəyə yol verilib. İndi baş verən bütün "əyriliklər", əvvəlki  sui-istifadələrin nəticəsidir".

 

Ekspert bağçalarda əvvəllər   yaranan  mənfi halların, hazırda da  özünü büruzə verdiyini  bildirdi:

 

 

"Bakı Şəhər İcra Hakimiyyəti bağçanı  həm ərzaqla təmin edir, həm də pedaqoji fəaliyyətə nəzarət edirdi; nəcə deyərlər "öz əli, öz başı". O zaman bağçalarda  həddindən artıq yeyinti halları olurdu. Bu mənfi  hal isə  öz nəticəsini hazırda göstərir.  Ola bilməz ki, o ənənənin mənfi təsirləri tam şəkildə  ötüşsün".

 

  1. Qulamoğlu ölkədə bağçaların azlığından narazılığını bildirdi:

 

"Ən başlıca problem bağçaların sayının azlığıdır. Bağçalar  uşaq sayına qətiyyən uyğun deyil. Bağçaların sayı artırılsa belə yenə tələbat ödənməyəcək. Paytaxtda yaşayan azyaşlı kontingentin yalnız 34 faizinin bağça ilə təmin olunma şansı var. Regionlarda isə bu göstərici 17 faizdir".

 

"Təsəvvür edək ki, bir ərazidən 50 uşaq bağçaya gedir, amma orada yerləşən məktəbəqədər müəssisəsinin tutumu  25 nəfərdir. Belə olduqda isə, təbii ki, orada sui-istifadə halları yaşanacaq: bağça rəhbəri bu zaman istədiyi uşağı götürəcək. Yəni, korrupsiyanı mühitin özü yaradır. Şikayətlər də bununla bağlıdır.  Problemin yeganə çıxış yolu odur ki, baxçaların sayı artırılsın. Qəbul prosesi elə tənzimlənməlidir ki, bütün azyaşlı kontingent bağça ilə təmin oluna bilsin. Bir uşağın bağçaya gedib, digərinin getməməsi ədalətsizlikdir. Bu, birbaşa konstitutsiyaya ziddir".

 

 

Ekspert məktəbəqədər təhsil müəssisələrinə işə qəbul prosesindən də danışıb. Onun sözlərinə görə məktəbəqədər təhsil müəssisələrinə qəbul, digər işə qəbul prosesindən fərqlənməlidir:

 

“Bağçalara işə qəbul prosesi digərlərindən fəqlənməlidir.  Çünki, məktəbəqədər təhsil müəssisələrinə işə qəbul  imtahan şifahi suallardan təşkil olunub. Bu sualları cavablandırmaq və qiymətləndirmək o qədər də çətin deyil. Açığı Elm və Təhsil  Nazirliyinin  bu işdən tamah güdməsinə inanmıram. Ola bilər ki, bu texniki problemdir"-, deyə ekspert bildirib.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları