Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 09:15:00
Məktəblərdə Anım Günü ilə bağlı tədbirlər keçirilir

Məktəblərdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil edilir.

 

Bu barədə AzEdu.az-a  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçirilir.

 

Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, dəyirmi masa, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunlar keçirilir.

 

Eləcə də məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.