Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 12:13:00
Rusiyada məktəbdə atışma: 10 ölü, 9 yaralı - FOTO/VİDEO

Rusiyanın İjevsk şəhərində orta məktəblərin birində atışma olub.  88 saylı məktəbdə atışma nəticəsində 10 nəfər ölüb, onlardan beşi məktəblidir.

 

AzEdu.az xarici  KİV-ə əsasən xəbər verir ki,  yaralanan şagirdlərin sayı 9-dur. Onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.

 

Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır. Bunların bəziləri güllə yaraları,  digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır.

 

 

 

Bildirilir ki, dərs zamanı qara geyimli naməlum şəxs sinif otağına girərək atəş açıb. Məktəb direktoru yaralı yeniyetmələrlə kabinetdə gizlənməyə müvəffəq olub. Hadisə yerinə Polis və Milli Qvardiya cəlb olunub.Məlumata görə, atəş açan şəxs hələ də saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları