https://www.zirve.edu.az/
13.03.2018 18:55
Azərbaycanlı tələbələr “ağıllı çanta”nı yeni funksiyalarla təkmilləşdiriblər
Çap et

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı “ağıllı çanta” haqqında süjet müzakirələrə səbəb olub.

AzEDU.az xəbər verir ki, ADNSU bununla bağlı yaydığı məlumatda həmin çantanın Çindən sifariş olunduğunu bildirir. Standart vəziyyətdə yalnız günəş batareyası sayəsində enerji yığmağa qadir olan çanta gənclər tərəfindən təkmilləşdirildikdən sonra sürtünmə qüvvəsindən və ayaqqabıların hərəkətindən yaranan enerjini də akkumulyasiya etmək səviyyəsinə çatdırılıb. Bundan əlavə, çantaya daha üç funksiya əlavə edilib. “Bir daha vurğulamaq istərdik ki, çanta Çin istehsalıdır və süjetdə çantanın üzərindəki loqo da bunu təsdiqləyir. Tələbələr həmin çantanı ona yeni funksiyalar əlavə etməklə təkmilləşdiriblər. Xəzər TV-nin hazırladığı süjetdə yuxarıda sadalananlar aydın şəkildə qeyd olunub. Süjetdə tələbələrin “ağıllı çanta” istehsal etdiklərindən deyil, onun funksiyalarından bəhs olunub. Bəzi saytların, eləcə də sosial şəbəkə istifadəçilərinin ADNSU tələbələrinin bu layihəsini guya şəxsi ixtiraları kimi təqdim etməsi haqqında yazdıqları həqiqəti əks etdirmir”, - deyə məlumatda bildirilir.