Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 10:30:00
Pearson VUE imtahanları yeni ünvanda keçirilir-DİM

Pearson VUE (Virtual University Enterprises) imtahanlarının Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında keçirilməyə başlanılıb.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, DİM Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən PTE Academic (akademik ingilis dili testi), həmçinin müxtəlif ixtisas sahələrinə aid (informasiya texnologiyaları, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 140-dan çox imtahanı keçirmək hüququ var.

 

DİM-də keçirilən Pearson VUE imtahanlarının arasında PMI, Microsoft, Oracle, CompTIA, IIA, Cisco və bir sıra digər təşkilatların imtahanları var.

 

İmtahanların keçirilmə vaxtı DİM-in saytında yerləşdirilib.

 

Həmçinin qeyd edək ki, avqustun 15-də DİM-də Pearson VUE tərəfindən təqdim olunan və Daxili Auditorlar İnstitutuna (Institute of Internal Auditors) aid olan CIA Exam Part One: Essentials of Internal Auditing beynəlxalq imtahanı təşkil olunub. İmtahanda 2 nəfər iştirak edib.