Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-13 14:51:00
Ermənilərin dağıtdığı məktəbdə təmir işləri yekunlaşır

Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Goranboy rayonu Tap kənd tam orta məktəbində aparılan  əsaslı təmir-bərpa işləri yekunlaşır.

 

44 Günlük Vətən Müharibəsi zamanı erməni silahlı birləşmələrinin atdığı artileriya atəşləri ilə əraziyə düşən mərmilərin partlaması nəticəsində Goranboy rayonunun bir neçə yaşayış məntəqəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə ziyan dəyib. Vətən Müharibəsindən öncə düşmənlə ən yaxın təmas xəttində yerləşən Tap kəndində məktəb binasına da ciddi ziyan dəymişdi.

 

Bildirilib ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” na əsasən, Qaraçinar və Tap kənd tam orta məktəblərində əsaslı təmir-bərpa işləri aparılır.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tap kənd tam orta məktəbində yekunlaşdırılan  əsaslı təmir-bərpa işləri ilə yerində tanış olub. Məktəbin yeni tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulub.

 

İcra başçısı Tap və Tap Qaraqoyunlu kəndlərindən olan şəhid ailələri və qazilərlə də görüşdü, onların sosial qayğıları ilə maraqlanıb.