Azedu.az

Peşə məktəblərinə elektron tələbə qəbulunun II mərhələsi keçiriləcək

13 Avqust 2022, 10:49
Peşə məktəblərinə elektron tələbə qəbulunun II mərhələsi keçiriləcək

2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə avqustun 30-da start veriləcək.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ sentyabrın 5-dək davam edəcək.

 

Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi avqustun 1-dən 12-dək davam edib. Qəbul 66 peşə məktəbində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox