BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərib.
Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.
Belə ki, BŞTİ-nin tabeliyindəki “Zəngi” liseyinin şagirdi Muhammedali Qurbanov, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri Bəxtiyar Həsənli və Rafiq Vəlizadə, Humanitar fənlər təmayüllü liseyin şagirdləri Nəslihan Məmmədli, Zəhra Xammədova, 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Zəhra Zərbəliyeva 300 bal toplayıblar.