Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-11 11:07:00
BMU əməkdaşı təhsilini ABŞ universitetində davam etdirir

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və İnşaat fakültəsinin Kimya mühəndisliyi kafedrasının əməkdaşı Kənan Şıxəliyev doktorantura pilləsi üzrə təhsilini ABŞ-ın Cənubi Karolina Universitetində (University of South Carolina) davam etdirir. K.Şıxəliyevə həmin universitet tərəfindən verilən illik təqaüdün məbləğı 45 min ABŞ dolları təşkil edir.

 

AzEdu.az xəbər verir ki, universitetdə təhsili dövründə katalizatorlar və reaksiya kinetikası üzrə araşdırmalar aparmaqla yanaşı, o, eyni zamanda Elektrik İstehsalına Strateji Yanaşma Mərkəzində tədqiqatçı tələbə olaraq çalışır.

 

Gələcək hədəflərindən söz açan Kənanın arzusu təhsilini bitirdikdən sonra vətənə qayıdıb qazandıqığı bilik və bacarıqlarını təcrübədə tətbiq etməklə, Azərbaycanın elm və təhsil sahəsinə öz töhfəsini verməkdir.

 

Qeyd edək ki, bakalavr pilləsi üzrə təhsilini 2010-2015-ci illərdə başa vuran K.Şıxəliyev magistr təhsilini 2016-2018-ci illərdə Malayziya Elm Universitetində (University of Science, Malaysia) tamamlayıb.