https://modern.az/ http://www.position.az/
2022-08-10 11:03:00
UNEC tələbələri Startaplar ABB-də qəbul olundu

Azərbaycan Beynəlxalq Bankının (ABB) İnnovasiya Mərkəzi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə III ABB Hakatonu keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Hakaton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təhsil proqramı çərçivəsində təşkil olunub. İdeya marafonunda iştirak üçün 257 nəfər müraciət edib, onlardan 187-si iştirak hüququ qazanıb.

 

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda iştirak edən 67 komandadan 25 startap komandası seçilərək, ABB İnnovasiya Mərkəzinin III İnkubasiya proqramına qəbul edilib.

 

Seçilən startaplar arasında UNEC Dizayn Məktəbinin tələbəsi Nemət Cəfərov, UNEC Maliyyə və mühasibatlıq fakültəsinin tələbəsi Nübar İsrafilovanın layihələri yer alıb.