https://modern.az/ http://www.position.az/
2022-08-08 16:14:00
AzTU-nun magistraturasının boş qalan yerlərinə qəbul elan edilib  

Azərbaycan Texniki Universitetinin magistraturasının elektrik mühəndisliyi (kabel və keçiricilərin fizikası və texnikası), elektrik mühəndisliyi (elektrik aparatları, elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi) ixtisaslaşmaları üzrə boş qalan yerlərə qəbul elan edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “Magistr” jurnalının 6-cı nömrəsində dərc edilib. Bildirilib ki, Azərbaycan və rus bölmələri üzrə elektroenergetika mühəndisliyi (elektroenergetika) ixtisaslaşması üzrə (tədris ingilis dilində) qəbul elan edilib. Bu ixtisaslara qəbul əyani formada yalnız ödənişli əsaslarla aparılır.

 

Xatırladaq ki, 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 8-dən 14-dək ixtisaslaşma seçimi aparılır. Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.