Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 12:13:00
Nazir bağçalardan danışdı – “Şəffaflıq artanda narazılıq da artır”

 

 

“Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması  Təhsil Nazirliyi üçün prioritetdir. Biz də buna çalışırıq”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir məktəbəhazırlıq qruplarının fəaliyyətindən söz açıb:

 

“Bizə məlum olan bağça modelidir, amma ölkəmizdə bənzər bir neçə model də tətbiq edilir. Məsələn, ümumitəhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Bu qruplara cəlb olunma 80%-ə çatdırılıb. Halbuki, 2015-ci ildə bu göstərici aşağı idi. Önümüzdəki illərdə bu nəticənin 90%-i keçməsinə çalışacağıq”.

 

O, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə diqqət çəkib:

 

“Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı hazırda elektron sistem işləyir. Valideynlər heç bir üçüncü tərəfə ehtiyac olmadan övladlarını bu müəssisələrə qeydiyyatdan keçirə bilərlər. Məktəbəqədər təhsil səviyyəsinə cəlb olunan uşaqların da sayının artırılması gələcək hədəflərdəndir. Biz bütün proseslərdə şəffaflıq tərəfdarıyıq”.

 

Nazir təhsilin müxtəlif sahələrilə bağlı narazılıqlara münasibət bildirib:

 

“Ancaq fikir verirsinizsə, hər hansı sahədə şəffaflıq bərpa edildiyi zaman narazılıq da artır. Çünki məsələlərin fərqli yollarla həllinə artıq alışılıb. Məsələn, MİQ müsabiqəsini də buna misal çəkmək olar. Əvvəlki illərə nəzər salsaq, builki müsabiqənin daha şəffaf keçirildiyini deyə bilərik. Hər il prosesin daha da yaxşılaşdıırlmasına çalışırıq. Nəticə olaraq narazılıqlar hər zaman olub və olacaq da”.