![](https://azedu.az/uploads/news/2022/07/azedu.az_misir_218.jpg)
Sabiq təhsil naziri, professor Misir Mərdanov 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurlu nəticə göstərən azərbaycanlı gəncləri təbrik edib:
“Əziz dostlar, Azərbaycanın gənc riyaziyyatçıları 6-16 iyul tarixlərində Norveçin paytaxtı Oslo şəhərində keçirilən 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurlu nəticə göstərərək, 1 gümüş, 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.
Onlar haqqında məlumatı diqqətinizə çatdırıram. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Toğrul Abbasov gümüş, Amin Cəfərzadə bürünc medal, həmin liseyin X sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov bürünc medal, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə bürünc medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə isə həvəsləndirici mükafata layiq görülüblər.Onu da qeyd edim ki, 104 ölkənin iştirak etdiyi bu nüfuzlu olimpiadada Azərbaycan komandası 34-cü yerə layiq görülüb. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 gümüş, 4 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüblər.
Şagirdləri olimpiadaya hazırlayan qrupun üzvlərini, təhsil aldıqları məktəblərin müəllimlərini təbrik edir, valideynlərinə gözünüz aydın olsun deyirəm.Hesab edirəm ki, bu Azərbaycan Təhsilinin növbəti uğurudur”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)