Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 15:53:00
"Riyaziyyat məzmununun təkmilləşdirilməsi" mövzusunda vebinar keçiriləcək  

4 iyul 2022-ci il tarixində, saat 15:00-da “Riyaziyyat məzmununun təkmilləşdirilməsi” mövzusunda vebinar keçiriləcək. 

 

AzEdu.az xəbər verir ki, vebinarda spiker qismində Marşal Kavendiş İnstitutunun eksperti Dr. Lai Chee Chong çıxış edəcək. O, post-pandemiya dövründə dünyada riyaziyyatın tədrisi üzrə gedən dəyişikliklər haqda danışacaq. Bu dəyişikliklərin fonunda, xüsusilə məzmun, pedaqogika və qiymətləndirmə sahəsində aparılan təkmilləşdirmələr nəticəsində Azərbaycanda riyaziyyatın tədrisinin beynəlxalq standartlarla uzlaşdırılması və hibrid öyrənmə mühitinə uyğunluğu geniş müzakirə olunacaq.  

 

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.