Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-27 14:29:00
İmtahan stressini azaltmaq üçün bunları edin- Abituriyentlərin NƏZƏRİNƏ  

Abituriyentlərin əksəriyyəti  imtahana  yaxşı  hazırlaşsalar  da  stress  səbəbi  ilə  potensiallarından  daha  az  nəticə  əldə edirlər. 

 

Bir  çox  abituriyent   imtahan  zamanı  həyəcan  və  stress  səbəbi  il  cavabını  dəqiq  bildiyi  suallarda  belə  tərəddüd  edir  və  səhvlərə  yol  verir.

 

Bəs  bu  stresini necə azaltmaq olar?  İmtahan həyəcanını aradan qaldırmaq üçün nə etmək lazımdır?

 

 AzEdu.az  imtahan stresini aradan qaldırmaq  edə  biləcəyiniz  bir  neçə  faydalı  tövsiyəni  təqdim  edir.

 

Abituriyentin  imtahan  zamanı  həyəcanını  idarə  edə  bilməsi  üçün  əvvəlcə  vacib  olan  öyrəndiklərinə  güvənməsi  və  imtahana  hazır  olduğunu  inanmasıdır. Özünə  inam  imtahanda  yaxşı  nəticə  əldə  etmək  üçün  vacibdir  şərtdir.

 

 Daha  sonra  isə  aşağıda  qeyd  etdiyimiz  tövsiyələrdən  yararlana  bilər:

 

  1. Hər şeydən əvvəl, bu imtahana uzun müddət hazırlaşdığınızı özünüzə xatırladaraq artıq bütün mövzuları mənimsədiyinizin fərqində olmalısınız.

 

  1. İmtahan səhəri streslə oyansanız belə, müsbət enerjini özünüzdən əsirgəməyin, özünüzə inamınızı artırın və 1-2 dəqiqə təmiz hava alaraq beyninizi  sakitləşdirin.

 

  1. İmtahan günü özünüzə inandıqdan və bu imtahan üçün uzun müddət çalışdığınızı xatırlatdıqdan sonra sağlam və yüngül bir səhər yeməyi yeyin və fiziki cəhətdən yaxşı hiss etməyə çalışın.

 

  1. Çay və qəhvə kimi içkilərdən çəkinin və meyvə suyu kimi enerji verən içkilərdən istifadəyə üstünlük  verin.

 

  1. İmtahanın keçirildiyi binaya  erkən   getməməyə çalışın.  İmtahan  binasında   uzun müddət qalmaq sizi daha çox həyəcanlandırar.

 

  1. İmtahan otağına daxil olduqdan  sonra dərindən və uzun bir nəfəs alın, “mən bu imtahana çox çalışdım, buna görə də uğur qazanacağam" deyin və özünüzə inandığınızı göstərərək imtahana başlayın.

 

  1. Əvvəllər bir neçə dəfə iştirak etdiyiniz sınaq imtahanlarını  xatırlayın və imtahan vaxtının kifayət etməyəcəyi  düşüncəsindən  çəkinin.  Əgər imtahanda  iştirakınız  ilk  dəfə  deyilsə  və digər imtahanlarda vaxt probleminiz olmayıbsa, bu imtahanda da vaxtınız kifayət edəcəkdir.

 

  1. İmtahanda tərəddüd etdiyiniz  suallar üçün dəqiqələr sərf etməyin və motivasiyanızı azaltmayın. Onsuz da  cavabını  dəqiq  bildiyiniz  onlarla sual var, onları yerinə yetirin və  sonda  qalan  vaxtınızı  təkrar  tərəddüd  etdiyiniz  suallara qayıdaraq  cavablandırmağa  sərf  edin.

 

  1. Hər kəsin öz imtahanına görə məsuliyyət daşıdığını özünüzə xatırladın. Sualları bitirib imtahandan  tez  çıxan  abituriyentləri  görəndə  həyəcanlanmayın, çalışın  onlara  fikir  verməyin. Vaxtınız   varkən edə bilmədiklərinizi təkrar yoxlayın.

 

  1. İmtahan kağızlarını təhvil verdikdən sonra ağlınız imtahanda qalmasın. 

 

Bütün il çalışdınız, imtahanda əlinizdən gələni etdiniz. Rahatlayın və nəticəni gözləyin.  Uğurlar ...