Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 17:42:00
Regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün təlim keçirilib  

İyunun 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması işinin düzgün təşkili məsələsinə toxunub, mövcud problemləri diqqətə çatdırıb.

 

Daha sonra təlimçilər tərəfindən sosial şəbəkədə kontent idarəetmə, “Fake news”la mübarizə və böhran vəziyyətlərində sosial medianın əhəmiyyəti, sosial şəbəkələrdə ünsiyyətin düzgün qurulması, izləyici auditoriyanın idarə edilməsi və digər oxşar məzmunlu mövzularda təqdimatlar edilib, tövsiyələr verilib.

 

İctimaiyyətlə əlaqələr sektorunun digər əməkdaşları da mövzu ilə bağlı fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.

 

Sonra təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Qeyd edək ki, təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair işin keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.