Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-23 09:00:00
UNEC-dən böyük uğur - Asiyanın ən yaxşı 18-ci universiteti oldu 

"DÜNYANIN ƏN YAXŞI 251-300-cü, ASİYANIN ƏN YAXŞI 18-ci UNİVERSİTETİ - UNEC-dir".

 

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov universitetin 92 illiyi ilə bağlı ona gələn təbrikləri facebook səhifəsində paylaşıb.

 

"Vaxtilə bataqlığa, rüşvətə batmış, xalq arasında narxoz adlanan, dünya universitetləri arasında yeri olmayan ali məktəbi dünya səviyyəli UNEC-ə çevirən hörmətli Ədalət müəllimi və onun uğurlu komandasını təbrik edirəm!.

 

Hörmətli rektor, Sizin qədər UNEC-in uğurlarına biz də sevinirik. Var olun! Zəhmətiniz və əzminiz möhtəşəmdir! Qalib xalqımıza məhz bu cür universitetlər yaraşır".